Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Türkiyə Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib.
Məlumata görə, aviazəbələr nəticəsində 13 terrorçu məhv edilib. Əməliyyatda iştirak edən təyyarələr hərbi bazaya qayıdıblar.