Modern.az

Çörək sexindən külli miqdarda pul oğurlandı - VİDEO

Çörək sexindən külli miqdarda pul oğurlandı - VİDEO

27 Sentyabr 2017, 23:34

Abşeronda çörək sexindən külli kiqdarda pul oğurlanıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hadisə ötən gecə Saray qəsəbəsində baş verib. Naməlum şəxs və ya şəxslər Rauf Həsənova məxsus çörək sexinin pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Onlar ofisdəki seyfi sındırıblar və içərisindəki pulu aparıblar.

 

Obyektə daxil olan şəxslər müşahidə kamerasının yaddaş kartını da sökərək özləri ilə götürüblər.

 

Məsələ ilə bağlı polisə də məlumat verilib və barmaq izləri götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI