Modern.az

Almaniya yenidən Azərbaycana rəqib oldu

Almaniya yenidən Azərbaycana rəqib oldu

Aktual

27 Sentyabr 2017, 23:56

Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatında bu gün pley-off mərhələsinə yekun vurulub. Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan 2 qarşılaşmadan sonra 1/4 final cütləri məlum olub.

 

Günün ilk qarşılaşmasında Polşa Türkiyə ilə qarşılaşıb. Bu oyunun qalibi olan Türkiyə Rusiya ilə qarşılaşacaq.

 

Digər pley-off matçında Bolqarıstan Almaniya ilə üz-üzə gəlib. Gərgin keçən oyunda Almaniyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra Almaniya 1/4 finalda Azərbaycan yığmasının rəqibi olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI