Modern.az

Qubaya qar yağdı - Xınalıqda 10 sm-ə çatır  

Qubaya qar yağdı - Xınalıqda 10 sm-ə çatır   

28 Sentyabr 2017, 09:26

Mövsümün ilk qarı Qubanın Xınalıq kəndinə yağıb.

Bu barədə Modern.az-a Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.

O qeyd edib ki, gecə intensiv yağan yağış qarla əvəzlənib:

“Hazırda temperatur aşağıdır. Qubada 1-2 santimetr, Xınalıqda 10 santimetrə qədər qar yağıb”.

Rayon rəsmisi rayonda elektrik, qaz problemi olmadığını, nəqliyat vasitələrinin hərəkətinin normal olduğunu bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI