Daha yaxşı iş tapmaq və dünya arenasına çıxışımızı təmin etmək üçün ingilis dilini öyrənməyə can atırıq.
Bunun üçün ingilis dili kurslarına gedirik və etiraf edək ki, çox zaman istədiyimiz nəticəni əldə etmirik. Çünki öyrəndiklərimiz praktikada tətbiq etmək üçün ingilis dilində canlı ünsiyyət dairəsi lazımdır. Bu isə demək olar ki, yox dərəcəsindədir.
Bu baxımdan Azərbaycanda ingilis dilini canlı ünsiyyətə çevirib söhbət etməyə partnyor tapmaqda çətinlik çəkənlər üçün yeni sayt yaradılıb.
Saytın ideya müəllifi və yaradıcısı proqramçı Tural Əsgərovdur.
Tural deyir ki, yaratdığı engossip.com (English gossip- ingiliscə qeybət mənasını verir ) saytı vasitəsilə ilə istənilən şəxs dünya ilə ingilis dilində virtual əlaqə yarada bilər. Saytın istifadəsi isə olduqca rahatdır. Yalnız “Skype” adresinizlə qeydiyyatdan keçib danışıq səviyyənizi artıra bilərsiniz.
Proqramçı Tural Əsgərovun fikrincə, xeyli insan artıq bu saytdan yararlanır və ingilis dilində “qeybətləşirlər”.
Həmçinin bu ingilis dilində ünsiyyət diapazonunun genişləndirir və dünyanın 4 bir yanından olan insanlarla virtual əlaqə yaratmaqda sizə yardımçı olur.
Siz də ingilis dilini təkmilləşdirmək üçün engossip.com saytından istifadə edib virtual partnyorlarınızla “qeybətləşə” bilərsiniz.