Modern.az

“Azərişıq”: “Gücləndirilmiş rejimdə işləyirik, heç yerdə problem yoxdu”  

“Azərişıq”: “Gücləndirilmiş rejimdə işləyirik, heç yerdə problem yoxdu”  

28 Sentyabr 2017, 12:29

“Bakı və Abşeron yarımadasında, o cümlədən respublikanın rayonlarında hava şəraitinin dünəndən etibarən kəskin pisləşməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir”.

 

Bu sözləri Modern.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 

Onun sözlərinə görə, görə respublikanın bəzi dağlıq rayonlarına güclü küləklə müşayiət olunan qar və sulu qarın yağmasına baxmayaraq, elektrik enerjisi ilə təchizatda heç bir ciddi problem qeydə alınmayıb. O cümlədən Bakı və ətraf qəsəbələrdə əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir.

 

“Bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifəyə uyğun olaraq “Azərişıq” ASC-nin son illərdə gördüyü işlərin nəticəsidir. Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq abonentlərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilələr yarananda da bu əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır”.
 

Tanrıverdi Mustafayev əlavə edib ki, “Azərişıq” ASC hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri mal-material ehtiyatları görülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?