Modern.az

Dağıstanın yeni rəhbəri bu şəxs ola bilər – DOSYE

Dağıstanın yeni rəhbəri bu şəxs ola bilər – DOSYE

28 Sentyabr 2017, 12:31

Dağıstanın yeni rəhbəri Rusiya Milli Qvardiyasının komandan müavini, general polkovnik Sergey Məlikov ola bilər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Qafqaz Xalqları Konqresinin rəhbəri Ruslan Qurbanov “Danışır Moskva” radiosuna açıqlamasında deyib.

 

“Onu bu vəzifəyə bir neçə il hazırlayıblar. Bundan əvvəl, o, Rusiya prezidentinin Şimali Qafqaz Dairəsi üzrə nümayəndəsi olub. Eyni vaxtda bir neçə dəfə Dağıstana rəhbərlik etməklə bağlı təklifi geri çevirirdi” – deyə Qurbanov deyib.

Serhey Alimoviç Məlikov 1965-ci il sentybarın 12-də Moskva vilayətinin Orexovo-Zuevo rayonunda doğulub. O 2016-clı ilin iyulun 28-dən Rusiya Milli Qvardiyasının komandan müavinidir. Onun qardaşı Mixail Məlikov isə Daxili Qoşunlarda general-mayor rütbəsi daşıyır. Sergey Məlikov milliyətcə ləzgidir.

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı