Modern.az

Azərbaycan millisi son 2 oyunu bu heyətlə oynayacaq - ADLAR  

Azərbaycan millisi son 2 oyunu bu heyətlə oynayacaq - ADLAR   

28 Sentyabr 2017, 17:34

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsinin son oyunları üçün heyəti açıqlanıb.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, oktyabrın 5-də Çexiyanı qəbul edəcək yığmamız, oktyabrın 8-də Almaniyanın qonağı olacaq.



Qapıçılar: Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov  (“Zirə”), Emil Balayev (“Səbail”)
 
Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Ürfan Abbasov (“Qəbələ”)
 
Yarımmüdafiəçilər
: Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almanya), Təmkin Xəlilzadə (“Zirə”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr) Namiq Ələsgərov (“Neftçi”)
 
Hücumçular
: Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Qarabağ”), Renat Dadaşov (“Ayntraxt”, Almanya)

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu