Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri bu gün başlayır.
Modern.az Türkiyə KIV-nə istinadən xəbər verir ki, axşam saatlarında Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında ikitərəfli görüş olacaq.
Prezidentlər İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcək.
Həmçinin, Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə satışı, “Türk axını” layihəsi, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə olunacaq.