Modern.az

İstanbul bələdiyyəsinə yeni sədr seçildi

İstanbul bələdiyyəsinə yeni sədr seçildi

28 Sentyabr 2017, 20:55

İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin yeni sədri Mövlut Uysaldır.

 

Mövlut Uysal 179 səslə Cümhuriyyət Xalq Partiyasından olan rəqibinə qalib gəlib.

 

Qeyd edək ki, İstanbulun əvvəlki bələdiyyə sədri Kadir Topbaş bir neçə gün əvvəl istefa verib. O, 2004-cü ildən bəri bu vəzifədə idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?