Bir neçə ay bundan əvvəl ölüm xəbəri yayılan İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz tərəfdarlarına növbəti dəfə müraciət edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, əl-Bağdadi çıxışı zamanı qruplaşmanın Suriya və İraq orduları ilə baş verən toqquşmalardan xəbərdar olduğunu bildirib.
Əl-Bağdadi, həmçinin, Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçirilən danışıqlardan eləcə də Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdən xəbərdar olduğunu bildirib. Bu isə o deməkdir ki, audioyazı ən geci 2 həftə əvvəl yazılıb.
Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.