Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi ötən gecə Amerikadan Bakıya gətirilib.
Modern.az xəbər verir ki, mərhumun cənazəsi xüsusi ayrılmış maşında Heydər Əliyev Beynəlxalq Aeroportundan Heydər Məscidinə aparılıb.
Bu gün saat 12.00-dan14.00-dək Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək.
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Sonra Heydər Məscidində yas mərasimi keçiriləcək.
Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.