Modern.az

Azərbaycan millisi bu gün Almaniya ilə qarşılaşır - Dörddəbir final  

Azərbaycan millisi bu gün Almaniya ilə qarşılaşır - Dörddəbir final   

29 Sentyabr 2017, 08:46

Bu gün qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsində iki oyun keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan millisi Almaniya kollektivi ilə qarşılaşacaq. Görüş saat 18:00-da start götürəcək.

Sonuncu yarımfinalçı isə saat 20:30-da Rusiya-Türkiyə duelindən sonra məlum olacaq.

Xatırladaq ki, dörddəbir finalın iki oyunu dünən keçirlib.

Serbiya və Belarus komandalarının görüşündə birincilər qalib gəliblər. Serbiya millisi hər üç setdə rəqibini asanlıqla məğlub edib.

Niderland yığması isə İtaliya üzrəində qələbə qazanıb.

Beləliklə Serbiya və Niderland artıq yarımfinaldadır. Bu gün daha iki yarımfinalçı məlum olacaq.

Yarımfinal oyunları sentyabrın 30-da, medallar uğrunda mübarizə isə oktyabrın 1-də keçiriləcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu