Modern.az

Şəhid polkovnikin xanımına vəzifə verildi

Şəhid polkovnikin xanımına vəzifə verildi

29 Sentyabr 2017, 09:13

Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub. 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.

N. Axundova 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu