Dünya şöhrətli alim Lütfü Zadənin cənazəsi bu gecə saat 03.00 radələrində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub. Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılıb.
Akademiada vida mərasimi keçiriləndən sonra alimin nəşi dəfn üçün I Fəxei xiyabana aparılacaq.