Modern.az

Hindistanda dəmiryolunda 22 nəfər öldü 

Hindistanda dəmiryolunda 22 nəfər öldü 

Aktual

29 Sentyabr 2017, 11:50

Hindistanın Mumbay şəhərində dəmiryolu stansiyasında yaranan izdiham nəticəsində 22 nəfər həlak olub, 30-dan çox adam yaralanıb.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir. 

 

Məlumata görə, yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır.

 

İzdihamın yaranma səbəbi kimi Mumbaya səhər saatlarında yağan güclü leysan göstərilir.

 

Belə ki, yolları su basacağından ehtiyat edən sakinlər dəmiryolu stansiyasına üz tutub. Nəticədə yaranan sıxlıq insan itkisinə yol açıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu