Modern.az

Blogger Mehman Hüseynovun işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb

Blogger Mehman Hüseynovun işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb

Aktual

29 Sentyabr 2017, 12:26

Bu gün Ali Məhkəmədə blogger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Bu barədə Modern.az-a məlumat verən vəkil Fuad Ağayev bildirib ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda şikayət qismən təmin olunub:

 

“İşin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev blogger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu