Yəməndə vəbaya yoluxanların sayı ilin sonuna qədər 1 milyona çata bilər.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki rəhbəri Aleksandr Feyt deyib.
“İlin sonuna qədər 1 milyon insanın vəbaya yoluxacağını ehtimal edirik”.
O, ölkə səhiyyəsinin tamamilə dağıldığını və humanitar yardım çatdırmaq üçün Səna aeroportunun yenidən işə salınmasının vacibliyini vurğulayıb.