Modern.az

Cinayət Məcəlləsinə vətəndaşlıqdan məhrumetmə cəzası əlavə edilsin - TƏKLİF  

Cinayət Məcəlləsinə vətəndaşlıqdan məhrumetmə cəzası əlavə edilsin - TƏKLİF   

29 Sentyabr 2017, 14:01

“Cinayət Məcəlləsinə vətəndaşlıqdan məhrumetmə cəzasını əlavə etmək olar. Konstitusiyaya son dəyişikliklərdən sonra buna imkan da yaranıb. Cinayət Məcəlləsinin xüsusi hissəsində bu məsələ nəzərdə tutulsa da, ümumi hissədə cəza növü kimi nəzərdə tutulmayıb. Ona görə də, təklif edirəm ki, bunu cəza növü kimi 43-cü maddəyə daxil edək”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev parlamentdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Cinayət Məcəlləsində ömürlük cəza çəkənlərlə bağlı tətbiq edilən humanist dəyişikliklərdə təkcə cəza çəkənlər yox, zərərçəkmiş şəxslər də nəzərə alınmalıdır.

“Bu dəyişikliklərdə göstərilir ki, ömürlük azadlıqdan məhrum edilənlər 25 ildən sonra şərti olaraq vaxtından əvvəl cəzadan azad oluna bilərlər. Yaxud, əvvəl 15 il cəzanın çəkilməmiş hissəsi 10 ilə endirilib. Digər bir yerdə də, xüsusilə külli miqdarda zərər vuran quldurluğa görə 18 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Yəni biz mülkiyyət əleyhinə olan cinayətlərə cəzanı sərtləşdirdiyimiz halda, ömürlük cəzanı-şəxsiyyət əleyhinə olan cəzanı yüngülləşdiririk. Bilirsiniz ki, ömürlük cəza əsasən azyaşlılara, köməksiz insanlara qarşı qətl törədənlər, yaxud xüsusilə ağır cinayətlər törədənlərə qarşı tətbiq edilən cəzalardır. İndi biz bunu yüngülləşdiririk. Məncə bu, düzgün addım deyil və zərərçəkənlərdə intiqam hissini alovlandıra bilər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu