Modern.az

Baş Prokurorluğun idarə rəisi Cinayət Məcəlləsinə dəyişikliyə etiraz etdi

Baş Prokurorluğun idarə rəisi Cinayət Məcəlləsinə dəyişikliyə etiraz etdi

29 Sentyabr 2017, 14:30

Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin 1-ci bəndinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaya görə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) dekriminallaşdırılmasının əleyhinə çıxıb.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisdə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən N.Hüseynov qeyd edib ki, bu, məqsədəmüvafiq deyil.


“Azərbaycanın yerləşdiyi coğrafi məkan elə bir yerdir ki, burada narkotiklərin qeyri-qanuni yolla tranzit kimi gətirilməsi cəhdləri baş verə bilər”.

 

Qeyd edək ki, dəyişiklik layihəsində məcəlləyə 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.

 

Yeniliyə görə, 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.

 

Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.


Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev deyib ki, 234.1-ci maddənin dekriminallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının rəyi nəzərə alınıb.


Sektor müdiri bildirib ki, burada mövqe birmənalı olub, bunun tətbiq olunması cinayətlərin artmasına səbəb ola bilər.

“Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb, bu, çox azdır. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb”. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu