Bu gün saat 15.00-dan sonra Azərbaycan ərazisində internetin sürəti kəskin şəkildə aşağı düşüb.
Modern.az xəbər verir ki, əksər ofislərdə və evlərdə istifadəçilər ciddi problem yaşayıblar.
Bir çox yerlərdə isə internet ümumiyyətlə kəsilib. İnternetin verilişini həyata keçirən provayderlər hələ ki məsləyə aydınlıq gətirməyiblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də məsələyə münasibət öyrənmək mümkün olmayıb.
***
İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub.
Bu barədə Trend-ə "Delta Telecom" (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən deyilib.
Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: “Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur, və qeyri-müəyyən vəziyyətin yarandığı təqdirdə sustem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişlə problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.