Ermənistan ordusu Qarabağda ağır texnika və artilleriyanın iştirakı ilə xüsusi taktiki təlimlər keçirir.
Modern.az Ermənistan KİV-ə istinadən bildirir ki, təlimlər "müdafiə əməliyyatında radioaktiv çirklənmədən və hava hücumundan müdafiə" mövzusu üzrə təşkil edilib.
Təlimlər sentyabrın 25-29-da hava hücumundan müdafiə hərbi hissələri və bölmələri cəlb olunmaqla həyata keçirilib.