Modern.az

Paytaxtın simal çıxışı bağlandı

Paytaxtın simal çıxışı bağlandı

Aktual

29 Sentyabr 2017, 20:44

Artıq 3 saata yaxındır paytaxtın simal çıxışı bağlanıb. Modern.az əməkdaşının verdiyi məlumata görə, paytaxtın şimal istiqamətinə gedən avtomobillərin tıxacı artıq Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsinədək uzanır. Metronun "20 Yanvar" stansiyasından Xırdalan dairəsinə, eləcə də Ekologiya postundan ayrılan Şamaxı yoluna istiqamətlənən sürücülər 2 saatdan çoxdur ki, tıxacdadırlar. Bu yoldan birtəhər çıxaraq Binəqədi yolu ilə şəhərdən çıxmaq istəyən sürücülər isə Biləcəri qəsəbəsində tixaca düşür. Nəqliyyatın hərəkətinin hansı səbəbdən iflic olması bəlli deyil. Tixacın səbəbləri ilə bağlı hələlik heç bir rəsmi məlumat açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu