Türkiyədə yenidən zəlzələ olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə yeraltı təkanlar Antalya şəhərində qeydə alınıb. Zəlzələ 4.6 bal gücündə olub.
Məlumata görə, Kandilli Rəsədxanasının Zəlzələlərin Araşdırılması İnstitutu yeraltı təkanın episentrinin Kəpəz rayonunun Kirişçilər məhəlləsi, dərinliyinin isə 84.4 kilometr olduğunu açıqlayıb. Zəlzələ ətraf rayonlarda da hiss edilib.