Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının 1/4 final mərhələsi başa çatıb. Modern.az xəbər verir ki, mərhələnin son görüşündə Rusiya Türkiyə milliləri qarşılaşıb.
Qarşılaşmadan öncə Rusiya üstün tərəf hesab olunsa da, "Ay-ulduzlular" rəqibinə heç bir şans verməyib. Türkiyə millisi hər üç setdə rəqibini məğlub edib: 3:0 (27:25, 25:18, 25:20).
Beləliklə, yarımfinalda Azərbaycan - Hollandiya, Türkiyə - Serbiya görüşləri keçiriləcək. Oyunlar sentyabrın 30-da olacaq. Bürünc medal uğrunda və final görüşləri isə oktyabrın 1-də olacaq.