Modern.az

Türkiyə İraq sərhəddinə minlərlə insan toplandı

Türkiyə İraq sərhəddinə minlərlə insan toplandı

29 Sentyabr 2017, 23:30

İraqın Kürdüstan regional vilayətini tərk etmək istəyən minlərlə insan Türkiyə ilə sərhəddə toplanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sərhəddə bu səbəbdən uzun növbələr yaranıb. Belə ki, Türkiyə və Avropa şəhərlərinə getmək istəyən, lakin son təyyarə reyslərinə bilet tapa bilməyən insanlar Türkiyə ilə sərhədə doğru irəliləyiblər. “İbrahim Xəlil” keçid-buraxılış məntəqəsi qarşısında minlərlə insan toplaşıb. Türkiyənin sərhədi bağlayacağı ilə haqda yayılan şayiələr onların narahatlığını daha da artırır.

Qeyd edək ki, cümə axşamından etibarən İraqın mülki aviasiya idarəsinin qərarı qüvvəyə minib. Qərara əsasən Kürdüstan vilayətinin Ərbil və Süleymaniyə şəhərlərindəki aeroportlarla beynəlxalq hava əlaqəsi dayandırılır. Qadağaya regionda müstəqilliklə bağlı qeyri-qanuni keçirilən referendum səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı