Modern.az

Xəzərin hüquqi statusuna dair konvensiya imzalanacaq

Xəzərin hüquqi statusuna dair konvensiya imzalanacaq

30 Sentyabr 2017, 15:35

2018-ci ildə Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması planlaşdırılır.

 

Modern.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Həştərxanda keçirilən III Xəzər mediaforumunda deyib.

 

O, bildirib ki, Rusiya Xəzər istiqamətində xarici siyasətini aktivləşdirir.

“Bu mövzu Rusiya prezidentinin və xarici işlər nazirinin Xəzəryanı ölkələrdən olan həmkarları ilə görüşündə nəzərdən keçirilir. Biz konvensiyasının gələn il Qazaxıstanda imzalanacağına ümid edirik. Sənəd imzalanması zamanı Rusiya subyektlərinin maraqları nəzərə alınacaq".

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu