Ermənistan prezidenti Serj Sarkisyanın müşaviri Qorik Akopyan ölüb.
Bu haqda Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir.
71 yaşlı Akopyan uzun müddət xəstəlikdən əziyyət çəkib.
Akopyan 2004-2016-cı illər ərzində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.
2016-cı ilin fevral ayının 12-dən Ermənistan prezidenti Serj Sarkisyanın müşaviri təyin olunub.