Modern.az

Türkiyə millisi yarımfinalda məğlub oldu

Türkiyə millisi yarımfinalda məğlub oldu

Aktual

30 Sentyabr 2017, 23:17

Qadın voleybolçular arasında Avropa çempionatının digər finalçısı da məlum olub. Modern.az xəbər verir ki, digər yarımfinal oyununda Türkiyə və Serbiya komandaları qarşılaşıb. Oyunda daha güclü olan Serbiya komandası Türkiyə millisinə heç bir şans verməyib. Qarşılaşma 3:0 hesabı ilə (25:17, 25:12, 25:21) Serbiya komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, finalda Hollandiya və Serbiya yığmaları qarşılaşacaq. Azərbaycan və Türkiyə milliləri isə üçüncü yer uğrunda yarışacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu