Modern.az

Bu gün Azərbaycanda Aşura qeyd olunur

Bu gün Azərbaycanda Aşura qeyd olunur

1 Oktyabr 2017, 00:01

Bu gün Azərbaycanda Aşura qeyd olunur. Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 1-nə düşür.

 

Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

 

Fətvada, həmçinin,  bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

 Qeyd edək ki, Aşura münasibəti ilə bu gün QMİ-nin təşəbbüsü ilə aşağıda qeyd olunan siyahıda qanvermə aksiyası keçiriləcək:

 

1. Yasamal rayon Təzə-pir məscidi

2. Yasamal rayon Hacı Soltanəli məscidi

3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi

4. Səbail rayon İçərişəhər Cümə məscidi

5. Suraxanı rayon Qaraçuxur məscidi

6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayon Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri Cümə məscidi

9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhər Heydər məscidi

11. Şəki şəhəri mərkəzi Cümə məscidi

12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi

13. Bərdə şəhəri Cümə məscidi

14. Nəsimi rayonu Əjdərbəy məscidi

15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi

16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi

17. Quba rayonu Ərdəbil məscidi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu