Modern.az

Erməni silahlı bölmələri bir ayda atəşkəsi 3802 dəfə pozdu

Erməni silahlı bölmələri bir ayda atəşkəsi 3802 dəfə pozdu

Aktual

1 Oktyabr 2017, 09:01

Sentyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3802 dəfə pozub. Modern.az xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan, snayper tüfənglərindən və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

 

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Ağstafa və Göygöl rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

 

Ötən ay bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu