Modern.az

Sabaha olan hava PROQNOZU

Sabaha olan hava PROQNOZU

1 Oktyabr 2017, 13:02

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir  güclənəcək.

 

Havanın temperaturunun gecə  14-16° isti, gündüz  16-18° isti,  Bakıda gecə  14-16°, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq. 

 

Azərbaycanın rayonlarına oktyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  9-14°, gündüz  15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu