Bu gün qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilib.
Modern.az-ın məlumatına görə, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar.
Azərbaycan prezidenti İlham Əliyev də voleybolçularımızın oyununa baxıb.
Görüş Türkiyə yığmasının qələbəsilə başa çatıb. 1:3 hesabı ilə məğlub olan Azərbaycan voleybolçuları turnirdə 4-cü yeri tutublar.
Qızıl medal uğrunda görüşdə isə Serbiya və Niderland milliləri üz-üzə gələcəklər.