Modern.az

Qanvermə aksiyalarında 1722,3 litr QAN TOPLANDI

Qanvermə aksiyalarında 1722,3 litr QAN TOPLANDI

Aktual

1 Oktyabr 2017, 20:01

Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası yekunlaşıb. Modern.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın verdiyi məlumata görə, keçirilən qanvermə aksiyalarında 3827 nəfər qan verib. Qanvermə aksiyalarında 1722,3 litr qan toplanıb.

Qeyd edək ki, Aşura günü ilə bağlı respublikamızdakı aşağıdakı məscidlərdə qanvermə aksiyası keçirilib:

 

1. Yasamal rayon Təzə-pir məscidi

2. Yasamal rayon Hacı Soltanəli məscidi

3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi

4. Səbail rayon İçərişəhər Cümə məscidi

5. Suraxanı rayon Qaraçuxur məscidi

6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayon Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri Cümə məscidi

9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhər Heydər məscidi

11. Şəki şəhəri mərkəzi Cümə məscidi

12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi

13. Bərdə şəhəri Cümə məscidi

14. Nəsimi rayonu Əjdərbəy məscidi

15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi

16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi

17. Quba rayonu Ərdəbil məscidi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu