Lənkəranda obyekt yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Lənkəran rayonunun Liman şəhərində ümumi sahəsi 144 kv.m olan müxtəlif təyinatlı obyektin yanar konstruksiyaları 104 kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.