"Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur”.
Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib.
O deyib ki, vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur.
Ə. Məsimli qeyd edib ki, bu problemi birdəfəlik həll etmək lazımdır.
“Kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalıdır”-deyə Ə. Məsimli əlavə edib.