Modern.az

Statistika Komitəsi: "Xiyar ucuzlaşıb, mal və qoyun əti bahalaşıb"

Statistika Komitəsi: "Xiyar ucuzlaşıb, mal və qoyun əti bahalaşıb"

Ölkə

6 İyun 2011, 11:06

2011-ci ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması nəticəsində istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ğtən ay ərzaq məhsullarından düyünün, unun, qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, südün, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, bananın, armudun, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kökün, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşıb.
Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub ki, bu əsasən manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq budunun, bitki yağlarının, almanın, naringinin, şabalıdın, kələmin, çuğundurun qiymətlərində qeydə alınıb.

Komitədən bildirlib ki, may ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb. Birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 2,4 faiz, xiyarın 0,1 faiz, kələmin 0,4 faiz, qırmızı turpun 0,2 faiz, göyərtilərin 1,3 faiz, göy soğanın 1,4 faiz ucuzlaşıb.
Ucuzlaşma ilə yanaşı ay ərzində qarğıdalının istehsalçı qiymətləri 6,6 faiz, payızlıq arpa dəninin 3,1 faiz, baş soğanın və kartofun 0,1 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin istehsalçı qiymətləri isə 4,9 faiz bahalaşıbr.
Çoxillik bitkilərdən armudun və almanın istehsalçı qiymətləri müvafiq olaraq 0,4 və 4,4 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri 1,0 faiz, fındığın 0,7 faiz, qozun 0,9 faiz, nanə yarpaqlarının istehsalçı qiymətləri 18,6 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,2 faiz, camışın 1,3 faiz, bir yaşadək quzunun 0,8 faiz, diri ev quşlarının 10,0 faiz, toyuq yumurtalarının istehsalçı qiymətləri 9,8 faiz ucuzlaşıb, ana qoyunun istehsalçı qiymətləri 0,3 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın 0,8 faiz, inək və camış südünün istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3 və 0,2 bahalaşıb.
May ayı ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,1 faiz ucuzlaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 8,9 faiz bahalaşma müşahidə olunub.


Modern.az
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər