Modern.az

Qarabağ döyüşçüsünü ölüm aclığına məcbur edən SƏBƏB

Qarabağ döyüşçüsünü ölüm aclığına məcbur edən SƏBƏB

Aktual

2 Oktyabr 2017, 14:54

“Ölüm aksiyasına başlayacam. Artıq hər şeydən bezmişəm. Nə xəstəxanalar mənə yiyə durur, nə də təcili yardım harayıma səs verir”.

Bu barədə Modern.az-a  Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev məlumat verib.

O evdə ölümə hazırlaşdığını deyib.

“Artıq belə qərara gəlmişəm ki, evdə ölüm. Səhhətimdə 2 il bundan əvvəl ciddi problemlər baş qaldırıb. Hansı xəstəxanaya üz tuturam, mənə yaxın duran yoxdur. Ancaq səbəb də göstərmirlər. Pul da istəmirlər. Hər yerə müraciət etmişəm. Üzərimdə 32 ədəd qəlpə var. 2-si ürəyimin üstündədir. Evdə tək yaşayıram. Ailə, uşaq yoxdur. Ayda 50 manat təqaüd alıram. Xəstəxanalara da müraciət edəndə deyirlər ki, get 6 aydan sonra gəl. Axı, indi xəstəyəm. 3, 5 ay necə gözləyim?!. Ona görə də ölüm aclığına başlamışam. Sonuna qədər gedəcəm. Azərbaycanda nümunə olacam”.

Qeyd edək ki, Zəngilan rayonundan olan məcburi köçkün, Qarabağ döyüşçüsü, Cəmşid Rzaquliyev özünün Facebook səhifəsində ölüm aclığına başlayacağını yazıb. Qarabağda döyüşlərdə yaralanan C.Rzaquliyev normal müalicə ala bilmir. Aldığı yaralardan əziyyət çəkən döyüşçü əlillik dərəcəsi də ala bilməyib.  

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu