Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar jurnalistlər arasında keçirdiyi “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə müsabiqənin qalibləri məlum olub.
Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O, bildirib ki, bu gün saat 15.30-da qalib jurnalistlərin mükafatlandırma mərasimi keçiriləcək.
Müsabiqə 15 mövzu olmaqla 5 istiqamət üzrə keçirilib. Hər istiqamət üzrə müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar müəyyən edilib:
I yer- 1000 manat
II yer- 800 manat
III yer- 500 manat
Həvəsləndirici mükafat- 300 manat
Qaliblər, həmçinin, müvafiq diplomla da təltif olunacaqlar.
Modern.az