Suriyada partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış paytaxt Dəməşqdə törədilib. Partlayış nəticəsində 15 nəfər ölüb.
Məlumata görə, əvvəl şəhərin Əl-Midan rayonunda, polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb. Bunun ardınca isə həmin ərazidə iki terrorçu-kamikadze üzərilərində olan partlayıcı qurğunu işə salıb.
Ölənlər arasında həm polis, həm də mülki vətəndaşların olduğu bildirilir.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.