FİFA Almaniya Futbol Federasiyasını cərimələyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Almaniya – Çexiya matçı olub.
Belə ki, oyundan əvvəl elan olunmuş 1 dəqiqəlik sükut zamanı alman fanatlar nasist şüarlar səsləndiriblər. Bundan əlavə qonaq azarkeşlər pirotexniki məhsullardan istifadə edib və meydana kənar əşyalar atıblar. Bu isə DFB-yə 32 min İsveçrə frankına başa gəlib.
Stadionda təhlükəsizliyi təmin edə bilmədiyi üçün Çexiya Futbol Federasiyası haqqında da araşdırma açılıb.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Almaniya və Çexiya millimizlə eyni qrupda mübarizə aparır.