Modern.az

Rəşad Dağlı adam bıçaqladı

Rəşad Dağlı adam bıçaqladı

3 Oktyabr 2017, 10:41

Məşhur meyxanaçı Rəşad Dağlı Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb.

Modern.az Ölkə.az-a istinadən xəbər verir ki, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra danışmağa qərar veriblər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlaması ilə nəticələnib.
 
Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu