Modern.az

Alimlərdən yeni İDDİA - Seks ömrü qısaldır

Alimlərdən yeni İDDİA - Seks ömrü qısaldır

Aktual

3 Oktyabr 2017, 12:08

Seksual aktivlik yaşlanmaya təsir göstərir.

 

Modern.az xəbər verir ki, bu barədə Braziliyanın Riu-Qrandi-du-Sul universitetinin alimlərinin apardığı təcrübələr deməyə əsas verir.

 

Braziliyalı elm adamları orqanizmin daha çox seksual enerji sərf etdiyi zaman öz hüceyrələrinin bərpasına daha az vasitə sərf etdiyi qənaətinə gəliblər.

 

Təcrübə üçün 2 aylıq olan 80 ədəd siçandan istifadə olunub. Onları 3, 6, 12 və 24 ay yaşayacaq 4 qrupa bölüblər. Həmin müddət başa çatdığı zaman isə siçanlar xüsusi üsulla öldürülüb. Paralel olaraq, həmin 4 qrupdakı siçanlar dişi siçanlarla cütləşən və subay həyatı sürən 2 əsas qrupa bölünüb.

 

Ölən siçanların orqanizmində aparılan tədqiqatlar zamanı dişi siçanlarla əlaqədə olanların orqanizmində antioksidantların və oksitil stessinin yüksəsk olduğu və subay siçanlarla müqayisədə zədələnmiş DNT-lərin gec bərpa olunduğu aydınlaşıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI