Modern.az

TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başlayıb

TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başlayıb

3 Oktyabr 2017, 12:13

TürkPA üzv parlamentləri dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verib.

 

Təşkilatdan Modern.az-a verilən məlumata görə, Qırğızıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.

 

Danışıqlar zamanı TürkPA-nın yüksək səviyyəli toplantısının gündəliyi və proqramı ilə bağlı olan məsələlər müzakirə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu