Modern.az

ADA nümayəndələri Konyaka getdi – təşkilata sədr müavini seçildi

ADA nümayəndələri Konyaka getdi – təşkilata sədr müavini seçildi

3 Oktyabr 2017, 12:38

30 sentyabrda Azərbaycanın Dostları  Assosiasiyasının (ADA) icra Şurası Fransanın Konyak şəhərinə 2 günlük səfər edib.

 

Modern.az-ın məlumatına görə, səfər çərçivəsində, ilk dəfə olaraq ADA-nın icra Şurasının Parisdən kənar sessiyası keçirilib. 

İclası açan Konyak  şəhərinin meri, ADA- nın idarə heyətinin üzvü Mişel Qurinşas Assosiasiyanın bütün üzvlərini bu tarixi şəhərdə salamlayaraq, iclasın məhz Konyakda baş tutduğuna öz məmnunluğunu bildirib.

 

Konyak şəhəri ilə Azərbaycan arasındakı təməli böyük uğurla qoyulmuş və intensiv inkişaf edən qardaşlıq əlaqələrindən bəhs edib.

 

O, Tovuz və Konyak şəhərləri arasnda 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilmiş layihələr haqqında məlumat verib.

 

ADA -nın Prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan- Fransua Mansel Assosiasiyasının əsas devizinin hər iki xalqın  daha da yaxınlaşmasına xidmət etdiyini, Assosiasiyasının yenidən bərpasından qisa müddət keçməsinə baxmayaraq  bu istiqamətdə müxtəlif uğurlu  layihələrin həyata keçirildiyini vurğulayıb.

 

O,Konyak  şəhərinin Azərbaycanla əməkdaşlıq və qardaşlıq əlaqələri  yaratmış Fransanın ilk şəhərlərdən olduğunu xatırladıb və ümumiyyətlə son 25 ildə  Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın  yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. 

ADA-nın iki ölkə arasında müxtəlif sahələrin inkişafında xüsusi  rol oynadığını  vurğulayan  Jan- Fransua Mansel, Azərbaycanı Fransada tanıtmaq istiqamətində  də intensiv səylər göstərdiyini qeyd edib.   

 

O, ADA-nın ölkəmizin  zəngin tarixini və mədəniyyətini  fransız xalqına yaxından tanıtmaq məqsədilə  Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın bir çox bölgələrində və müxtəlif şəhərlərində heyata keçirilən layihələri dəstəklədiyini və bu kimi layihələrin ikitərəfli əlaqələrin inkişafında rolunu vurğulayıb.

 

Daha sonra o, gündəlikdə müzakirə ediləcək mövzuları  idarə heyətinə təqdim edib. 2018-ci ildə nəzərdə tutulmuş  tədbirlər planını icra Şurasının üzvləri ilə müzakirə edib. İclas zamanı idarə heyətinin üzvləri   ilk Demokratik Respublikanın yaradılması, Azərbaycanda qadınlara səsvermə hüququnun 100 illiyi, ölüm hökmünün ləgv edilməsinin 20 illiyi və bir sıra əlamətdar  hadisələrdən söz açıb.

 

2018 -ci ilin Azərbaycan üçün əlamətdar bir il olacağı fikrini səsləndirib. J.F Mansel yalnız  fransalı parlamentarların deyil,  bir çox sənət adamlarının da ölkələrimiz arasında əlaqələrinin inkişafına, iki xalqın yaxınlaşmasına  xüsusi töhfə verdiyini qeyd edib.

 

ADA -nın baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tədbirlər planının hesabatını təqdim edərək qarşıdan gələn layihələr  barədə icra Şurasının üzvlərinə ətraflı məlumat verib, assosiasiyanın üzvlərinin sayinın günü- gündən artdığını nəzərə çatdırıb.  

 

Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən  Azərbaycanın Dostları Assosiasiyasının  Azərbaycanla bağlı həqiqətlərin Fransada, daha da geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirmiş və səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.     

ADA İcra Şurasının tərkibinə yeni üzvlər seçilib, habelə YUNESCO-nun mədəni diplomatiya uzrə xoşməramlı səfiri, sülh artisti  Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə sədr müavini vəzifəsinə seçilib.

İlin sonunda bu tərkib və ADA- nın 2018-ci il üçün fəaliyyət planı Baş Assambleyaya təqdim ediləcək.   

 

İclasdan sonra icra Şurasının üzvləri “Tovuz Nar Evi” nin açılışında  iştirak ediblər. Konyak şəhərinin meri Mişel Qurinşas Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışaraq ikitərəfli münasibətlərin getdikcə genişləndiyini və möhkəmləndiyini vurğulayıb. 

 

Rəsmi çixişlardan sonra «Tovuz Nar Evi »ndə satişa çixarilan məhsullarin degustasiyasi keçirilib.   

 

1 oktyabr tarixində ADA-nın nümayəndə heyəti Konyak Oranjerisinde yerləşən ölməz şairəmiz, dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlini ziyarət edib. Daha sonra Konyak şəhərinin meri ADA-nın nümayəndə heyətini qəbul etmiş,  rəsmi  görüş ziyafətlə davam edib.

 

Uzun və perspektivli müzakirələrlə zəngin bu səyahət Konyak şəhərinin tarixi və incəsənəti muzeyinin ziyarəti ilə başa çatıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu