Vanautu Abxaziyanın müsəqiliyini tanımayıb. Bu barədə ada dövlətinin BMT-də səfiri Donald Kalpokas bu bəyanatla çıxış edib. Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, Vanautu səfiri BMT-dəki Gürcüstan nümayəndəsi ilə əlaqə saxlayıb və bəyan edib ki, Vanautu bu barədə yayılmış informasiyadan narahatdır.
“Mən hökümətimizlə danışdım. Ölkədə vəzifəsinə görə ikinici adam olan xarici işlər naziri mənə dedi ki, Vanautu Gürcüstana qarşı belə bir qərar qəbul etməyib. Bizim ölkə Abxaziyanın müstəqillyini tanımayıb. Biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq və bu ölkə ilə yaxşı münasibətlərimiz var. Biz tezliklə Gürcüstanla diplomatik əlaqələr quracağıq”-deyə səfir bəyan edib.