Son zamanlar daha çox sirkə turşusu və dərmanlarla zəhərlənmələrin sayı artıb.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
O bildirib ki, ötən həftə qazdan zəhərlənən 4 nəfər Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edib.
A.Maqsudov eyni zamanda deyib ki, dərmandan zəhərlənən 5 nəfər şöbəyə yerləşdirilib:
“Hazırda soyuqdəymə halları artıb. Bu zaman orqanizmin müqaviməti düşür, bəzi dərmanlar da reaksiya verir, zəhələnmələrə səbəb olur. Ötən həftə 5 nəfər nəfər dərman zəhərlənməsilə qəbul olunub”.
Şöbə müdiri qeyd edib ki, qəbul olunan xəstələr inkar etsə də, vəziyyətlərinə uyğun olaraq bunu intihar məqsədilə etdikləri aydınlaşır.