İraq Kürdüstanında 25 sentybarda, Kataloniyada isə 1 oktyabrda keçirilən "müstəqillik" referendumları mərkəzi hakimiyyətlərin narazılığı ilə qarşılandı.
Referendumun keçirilməsinə mane olmayan rəsmi Bağdaddan fərqli olaraq, Madri həmçinin, Kataloniyada keçirilən səsverməyə birbaşa mane olmağa, seçki məntəqələrini bağlamağa və bülletenləri müsadirə etməyə də cəhd etmişdi.
Kataloniyada 91%, İraq Kürdüstanında isə 93% seçici müstəqilliyə “hə” desə də, reallıqda dünya birliyi bunu tanımaqdan imtina etdi. Bu məqamda, Serbiya prezidenti Aleksandr Vuçiçin Yunanıstan prezidenti Prokopis Pavlopulosla mətbuat konfransında referendum keçirmədən müstəqillik elan edən Kosovonun hansı əsasla müstəqillik əldə etdiyin sual edib.
Serbiya prezidenti Qərb dünyasını ikili standartlarlarda ittiham edib.
“Necə olur ki, Kataloniyada referendum keçirilir, amma Avropa Birliyi bunu qəbul etmir, amma Kosovoda referendumsuz müstəqilliyin elan olunmasına göz yumur. Bu qərarlar Avropa hüququnun tapdanması və çoxəsrlik ikili standartların təkrarlanmasıdır” – deyə Serbiya prezidenti deyib.
Kosovo, Kürdüstan və Kataloniya ilə yanaşı, Dağlıq Qarabağ, Krım, Dnestryanı, Donbas, Kəşmir və s. bölgələrdə həll olunmamış münaqişələr və beynəlxalq aləmin xalqların öz müqəddəratını həll etmə hüquq ilə ərazi bütövlüyü prinsipinin üz-üzə gəlməsi regional və qlobal miqyasda gərginliyin saxlanmasına səbəb olur.
Bu şəraitdə Qərb aləminin ikili standartlarla məsələyə yanaşması bu problemləri daha da ağırlaşdırır.