Modern.az

Ukraynada yanaraq ölən 4 azərbaycanlının nəşi sabah vətənə gətiriləcək

Ukraynada yanaraq ölən 4 azərbaycanlının nəşi sabah vətənə gətiriləcək

3 Oktyabr 2017, 20:03

Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.    

 

Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.

 

Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.

 

Ölən 4 azərbaycanlının meyiti sabah vətənə yola salınacaq. Bu barədə Zaporojye azərbaycanlıları cəmiyyətinin sədri Həbib Həsənli bildirib.

 

Azərbaycan diasporunun köməyi ilə ölən azərbaycanlılarla bağlı bütün sənədlər hazırlanıb və onların vətənə göndərilməsi üçün bütün tədarük görülüb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu