Son günlər ölkədə yağan intensiv yağışlar paytaxt yollarını keçilməz edib. Modern.az xəbər verir ki, bu gün axşam saatlarında güclü yağış Ziya Bünyadov prospektində də nəqliyyatın hərəkətini iflic edib.
Belə ki, yağış nəticəsində yaranmış gölməçələr yolu keçilməz edib, nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb, tıxaca səbəb olub.